“7-8 paqonlu sürücüdən ikisinin kəməri bağlı idi” – Ərşad Hüseynov

“7-8 paqonlu sürücüdən ikisinin kəməri bağlı idi” – Ərşad Hüseynov










Bakı-Sumqayıt yolu nəqliyyat vasitələrinin ən çox istifadə etdiyi yoldur. Bu səbəbdən, yol qəzası hadisəsinə tez-tez rast gəlinir.

Bakı-Sumqayıt yolunda baş verən qəzalara səbəb nədir? Nəqliyyat eksperti Ərşad Hüseynov müşahidə aparıb. Ekspert bildirib ki,sərnişinlərin kəmər istifadə 0 %-dir:

"Səhər saatlarında təxminən 20-25 dəqiqə Bakı-Sumqayıt yolu kənarında dayanıb müşahidə apardım. Maraqlı mənzərədir. Əsas diqqətimi təhlükəsizlik kəmərindən istifadəyə yönəltdim. Orta hesabla vəziyyət əvvəlkindən yaxşıdır. Amma təbii ki, qənatbəxş deyil.

Təxminən 10 sürücüdən 7-si kəməri bağlayır (70% pis deyil).

Kəməri bağlı sərnişin görmədim, deməli, sərnişinlərin kəmərdən istifadəsi 0% ətrafındadır. Bu biabırçılıqdır

Kəməri bağlamayan sürücülər isə əsasən bunlardır:

- bütün kateqoriyalardan olan avtobus sürücüləri - təxminən 20 sürücüdən biri kəmər bağlayır (uzağı 5%);

- taksi sürücüləri - hər 3 taksi sürücüsündən 2-si maşını kəmər bağlamadan sürür (kəmər taxanlar təxminən 35%);

- yük avtomobili sürücüləri - kiçik yük avtomobillərinin sürcülərinin təxminən 70%-i kəməri bağlı sürür. İri, yəni 3,5 tondan ağır yük avtomobillərinin sürücüləri isə çox intizamsızdırlar: onların 10-dan birində kəmər görmək olar;

- paqonlu sürücülər (təxminən 7-8 paqonlu sürcü gördüm, cəmi ikisinin kəməri bağlı idi, hətta 1 nəfər paqonlu və kəmərsiz qadın da gördüm);

Kəmər taxmayan və hər hansı xüsusi əlaməti olmayan başqa sürücülər də az deyil.

Maraqlısı odur ki, kifayət qədər bahalı avtomobilləri idarə edən və imkanlı şəxs görkəmi olanlar arasında da kəmərlə sürənlər çoxdur.

Diqqətimi başqa şey də cəlb etdi. Taksi tanınma nişanı olmasa da, təxminən hər 20 maşından biri məni potensial müştəri sayaraq yolüstü "xalturşik"lərə xas işarə verirdilər".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər