Rusiya ilə Türkiyə arasında işgüzar viza ləğv olunur

Rusiya ilə Türkiyə arasında işgüzar viza ləğv olunur













"Rusiya Türkiyədən işgüzar səfərlər üçün vizanın ləğvi məsələsini nəzərdən keçirə bilər, təhlükəsizlik səbəblərindən viza rejiminin tam ləğvindən söhbət gedə bilməz".

Bunu dünən İstanbulda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

"Ümumilikdə vizasız mübadilə haqqında məsələ çox mürəkkəbdir, çünki bu həmçinin son terror aktları (Türkiyədə - red.) ilə bağlı olan təhlükəsizlik məsələlərinə dayanır. Biz risklərin ərazimizə ixracını istəməzdik", - deyə nazir əlavə edib.

O bildirib ki, Rusiyanın yeganə müzakirə edə biləcəyi məsələ işgüzar səfərlər üçün vizasız rejimdir.

"Bu da sadə məsələ deyil, lakin biz onun üzərində işləməyə hazırıq", - deyə Aleksey Ulyukayev bildirib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər