Kəlbəcər rayon səhiyyə şöbəsinin müdüri Mehparə Kazımova haqqında yalan, böhtan yazılanlara SON!

Kəlbəcər rayon səhiyyə şöbəsinin müdüri Mehparə Kazımova  haqqında yalan, böhtan yazılanlara SON!








Son günlər ölkə KIV-lərində Kəlbəcər rayon səhiyyə şöbəsinin müdüri Mehparə Kazımova haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “Kəlbəcər rayon Səhiyyəsində maxinasiyalar” başlığı seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir ALLAHları.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Mehparə Kazımovanın fəaliyyətindən yazmırlar? Axı Mehparə Kazımovanın xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub Mehparə Kazımovanın gördüyü işləri sanki yaddan çıxarırlar. Cənablar, Mehparə Kazımova Kəlbəcər rayon Səhiyyə İdarəsinin müdiridir.

Kəlbəcər rayon səhiyyə şöbəsinin müdüri Mehparə Kazımova haqqında mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil. Bunu təsdiq edən yüzlərlə fakt və dəlil ortaya qoymaq mümkündür. Çünki Kəlbəcər rayon səhiyyə şöbəsinin müdüri Mehparə Kazımovanın Kəlbəcər rayon Səhiyyəsinə göstərdiyi münasibət və atdığı addımların sayəsində Kəlbəcər rayonunda camaat məmnuniyyəti yerinə gəlib. İllərdən bəri yaranmış problemləri aradan qaldırmaq heç də asan məsələ deyil. Amma Kəlbəcər rayon səhiyyə şöbəsinin müdüri Mehparə Kazımova onları qısa müddətdə yoluna qoyaraq, hər şeyi qaydasına salmağı bacaran bir şəxsdir.

Bütün virtual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər