Qüdrət Ağayev uğurlu seçimidir!

Qüdrət Ağayev  uğurlu seçimidir!








Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yanğndan mühafizə cəmiyyətinin sədri Qüdrət Ağayevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Qüdrət Ağayev yüksək insanlığı ilə seçilən bir insan və Yanğndan mühafizə cəmiyyətinin sədridir!

Qüdrət Ağayev insanlara yaxşılıq etmək üçün dünyaya gəlib!

Qüdrət Ağayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Qüdrət Ağayev prezident İlham Əliyevin uğurlu seçimidir!

“Mən xalqımın ən böyük xidmətçisiyəm. Məndən nümunə götürün”- deyən İlham Əliyevdən nümunə götürən Qüdrət Ağayev də xalqın xidmətçisidir.

Qüdrət Ağayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Yanğndan mühafizə cəmiyyəti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Qüdrət Ağayev kağız üzərində olan Yanğndan mühafizə cəmiyyəti dünya standartları səviyyəsində dövlət qurumlarına çevirdi.

Hasil olan qənaət isə deməyə əsas verir ki, bəzən KİV nümayəndələri barədə deyilir ki, onlar yaxşı ilə pisi ayırd edə bilmirlər.

Bəlkə yalan yazdıq deyilsin, fikirlərimizi ən kiçik elementlərə qədər əks əlaqə qanununun harada tamamlanmağı səbəbi ilə əsaslandıraq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər