Taleh Qaraşov: Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirir

Taleh Qaraşov: Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirir

Lənkəran ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir

Rayonda hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır, onların həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir

Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Taleh Qaraşov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Qarşıda görüləsi işlər çoxdur. Lənkəranlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlər.

P.S. Lənkəran şəhər icra başçısı Taleh Qaraşov - Hər bir xalq Novruz bayramı ilə bağlı etnik, yerli və milli xüsusiyyətlərinə uyğun olaraq özünəməxsus mərasim nəğmələri, rəqslər, oyunlar yaradıb. Azərbaycanda Novruz bayramı qabağı adətən evlərdə, həyətlərdə abadlıq, təmizlik işləri aparılır, ağaclar və güllər əkilir. Novruz bayramında cürbəcür şirniyyat növləri - qoğal, paxlava, şəkərbura hazırlanır, plov bişirilir, rəngbərəng yumurtalar boyanır, xonça bəzənir, tonqal qalanır, səməni qoyulur. İnsanlar Novruzqabağı əzizlərinin ruhunu anır, küsülülər barışır, qohum-qonşu bir-birinə qonaq gedir, pay göndərirlər.

Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Müstəqillik dövründə isə Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, xalqımızın Novruz sevinclərindən zövq alardı.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanlarda xoş ovqat yaradırdı.

Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd edib.

Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub.

Mübaliğəsiz demək olar ki, Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz, xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, adət-ənənələrimizin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Bayramınız mübarək!

Taleh Qaraşov: Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər