“Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Sabir Babayev - “Bütün məhsullar islamın qoyduğu şərtlərə uyğun olaraq istehsal edilir

“Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Sabir Babayev - “Bütün məhsullar islamın qoyduğu şərtlərə uyğun olaraq istehsal edilir








“Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Sabir Babayev - Halal qida deyəndə ilk ağıla gələn ət və ət məhsullarıdır. Halal məhsul istehsalında isə birmənalı şəkildə donuz əti və yağından heç bir halda istifadə edilməməlidir. Bundan başqa ət kəsimi məsələsi olduqca vacib amildir. Heyvanların kim tərəfindən, harada və necə kəsilməsinə həssaslıqla yanaşılmalıdır. Düzdür, bəzi hallarda cəmiyyətdə insanları çaşdıran fikirlər dolaşır ki, bu isə halal qida sektoruna kölgə salır. Əslində kolbasanın istehsalındakı bəzi saxtakarlıqlar şəri qanunların işləməsinin qarşısını alır. Din adamları bu məsələni doğru hesab etmirlər və bildirirlər ki, müsəlmandan aldığın hər bir şey pak hesab edilməlidir. Lakin insanlar “Halal” adı altında haram mal satanlara baxıb, həqiqətən halal olan məmulatları da haram hesab edirlər. Məsələnin izahına gəlincə, bu gün bazarda müxtəlif çeşiddə və fərqli ölkələrin istehsalı olan kolbasa və sosiska məhsullarına rast gəlmək mümkündür. Əvvəllər alıcılar daha çox xarici ölkələrdən gətirilən məhsullara üstünlük verirdilərsə, hazırda bu sahədə geniş fəaliyyət göstərən yerli şirkətlər çoxluq təşkil edir. “Halal” nişanı ilə istehsal olunan ət və ət məhsullarının çeşidi son zamanlar artmaqdadır. İstehlakçını düşündürən suallara aydınlıq gətirmək üçün bu gün bir qrup media nümayəndəsi Azərbaycanda halal kolbasa istehsalında özünəməxsusluğu ilə seçilən “Zəhmət-Ruzi” şirkətində olub.

Azərbaycanın qida sektorunda öz keyfiyyəti ilə seçilən “SAB” şirkətinin rəhbərliyi Xırdalanda yerləşən istehsalat zavodunun qapıları hər zaman siz müştərilər üçün açıqdır. Gəlin, hallalığımızı gözlərinizlə görün”


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər