Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?


Problem ondadır ki, sərhəd çəkilməlidir; qoşunlarda güzgü hərəkəti olacaq, sərhəd qoşunları bu ayırıcı xətt üzərində dayanacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan Tavuşdakı 7 Azərbaycan kəndindən anklav olmayan 4-nün qaytarılması haqda danışarkən deyib.

“Seyran Ohanyan (sabiq müdafiə naziri, hazırda müxalifətdədir – red.) yüksək səslə Tavuş sakinlərinə hansı təhlükələrin ola biləcəyini izah etdi. Yaxşı olardı ki, Seyran Ohanyan eyni tonda izah etsin ki, biz sülhə aparan məntiqə əməl etməsək, nələr baş verə bilər: bizim olan bizimdir, onlara aid olan isə onlarındır”, - o bildirib.

O, Petros Kazaryanın problemin azərbaycanlıların götürdüklərini geri qaytarmaması ilə bağlı olduğu haqda sözlərinə bu cür reaksiya verib:

“Biz də (azərbaycanlılardan – red.) çox şey götürdük, geri verməyəcəyimizi söylədik. Nə oldu? Bu, son nəticədə beynəlxalq hüquqa əsaslanmalıdır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər