Moskvada konsert zalında ölənlərin sayı 99 oldu - YENİLƏNİB (VİDEO)

Moskvada konsert zalında ölənlərin sayı 99 oldu  - YENİLƏNİB (VİDEO)


Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

***

Rusiyanın "Shot" teleqram kanalı yazır ki, terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Məlumata görə, meyitlər tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda tapılıb. Onlar atəşdən gizləniblər və tüstüdən boğulublar, bədənlərində heç bir xəsarət olmayıb.

***

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

"Baza" xəbər verir ki, ölənlərin sayı 62 nəfərə çatıb.

Eyni zamanda binanın bütün otaqları hələ də yoxlanılmayıb və sayın artacağı istisna deyil.

Baş vermiş terror aktında yaralananlardan 60-nın vəziyyəti ağırdır.

Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Onun sözlərinə görə, 5-i azyaşlı olmaqla 100-dən çox insan xəstəxanaya yerləşdirilib:

“115 nəfəri xəstəxanaya yerləşdirmişik, onlardan beşi uşaqdır. Bir körpə ağır vəziyyətdədir”.

Eyni zamanda, o, 60 nəfərin vəziyyətinin ağır olduğunu əlavə edib.

***

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.
***
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

Bu barədə “112” teleqram kanalı məlumat yayıb.

***
Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.

“Report” xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları bildirib.

"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər