“Bu planda növbə Türkiyənindir” - Atatürkçü general

“Bu planda növbə Türkiyənindir” - Atatürkçü general












ABŞ-ın Böyük Orta Şərq planında növbə Türkiyəyə çatıb

Axar.az xəbər verir ki, bunu “Hürriyət” qəzetinə açıqlamasında ehtiyatda olan türkiyəli general Əhməd Yavuz söyləyib. Onun sözlərinə görə, ABŞ bu plan sayəsində bir çox ölkədə əməliyyatlar həyata keçirir:

“Böyük Orta Şərq planı deyə ortaya bir şey atdılar və indi də onu yavaş-yavaş reallaşdırırlar. Əlcəzairdən başqa şimali Afrikadakı bütün liderləri dəyişdirdilər. İraq və Suriyanın halı isə hər kəsə məlumdur. İndi növbə Türkiyəyə çatıb.

Çevriliş üçün üç ssenari var idi. Birincisi, çevrilişin uğurlu olmasıydı. Əgər uğur qazanılsaydı, ölkəni istədikləri kimi idarə edəcəkdilər. İkinci ssenari isə çevrilişin bir az uğurlu, bir az uğursuz olması idi. Bununla Türkiyədə vətəndaş müharibəsi başladılmalıydı. Bu isə bizim üçün fəlakət deməkdir. Üçüncü ssenarisi isə indi yaşadığımız vəziyyətdir. Çevrilişə cəhd oldu və qarşısı alındı. Nəticədə Türkiyə ordusu gücünü az da olsa itirdi. İstənilən üç ssenarinin hər biri ABŞ üçün faydalı oldu və Böyük Orta Şərq planının həyata keçirilməsi üçün irəliyə doğru addım atıldı”.

Qeyd edək ki, Əhməd Yavuz 2011-ci ildə Balyoz davası çərçivəsində həbs edilib. O, 2014-cü ildə azadlığa buraxılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər