ABŞ teraktla bağlı İrana məxfi məlumat veribmiş...

ABŞ teraktla bağlı İrana məxfi məlumat veribmiş...


ABŞ İrana gizli şəkildə İŞİD terror təşkilatının Kirmanda general Süleymaninin anım günündə terror aktı törətmək niyyəti barədə xəbərdarlıq edib.

"Bu barədə “Wall Street Journal” məlumat yayıb.

“ABŞ İŞİD-in İrana hücum planlaşdırdığı barədə kəşfiyyat məlumatı aldıqdan sonra məxfi xəbərdarlıq edib”, - deyə bildirilib.

Vurğulanıb ki, müvafiq məlumat konkret və vaxtında olub və hücumun qarşısını almaq və ya qurbanların sayını azaltmaq mümkün idi. Lakin İran rəsmilərinin xəbərdarlığa cavab vermədiyi iddia edilir.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.(Axar.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər