Rauf Əliyev: Bir daha sübut olunur ki, cənab İlham Əliyev hər kəsin Prezidentidir

Rauf Əliyev: Bir daha sübut olunur ki, cənab İlham Əliyev hər kəsin Prezidentidir


YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev - Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
Rauf Əliyev: Bir daha sübut olunur ki, cənab İlham Əliyev hər kəsin Prezidentidir

“İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində onu da bildirmişdi ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü iqtisadiyyat yarandı və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın, güclü ordun olmalıdır.

Rauf Əliyev: Bir daha sübut olunur ki, cənab İlham Əliyev hər kəsin Prezidentidir


Bugünümüzün reallıqları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində göstərilən etimadın təsdiqidir. Ümummilli Lider həmin müraciətində bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Prezident İlham Əliyev uğurlu siyasəti nəticəsində Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. Azərbaycan iqtisadi inkişafı ilə dünyanın diqqətində oldu. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilərək ölkəmizin hərtərəfli inkişafına geniş zəmin yaratdı. İqtisadi tərəqqi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil oldu. Azərbaycanın sabahına böyük inam ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmində də özünü təsdiqləyir.
Rauf Əliyev: Bir daha sübut olunur ki, cənab İlham Əliyev hər kəsin Prezidentidir

Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən ölkəmiz, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Təkcə son illərdə Azərbaycanın enerji dipıomatiyasının uğurlarına diqqət yetirmək kifayətdir. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaq. Azərbaycanın müvafiq strukturları və xarici tərəfdaşlar tərəfindən bu məsələlər üzərində fəal işlər aparılır. Bu layihələr çox böyük perspektivə malikdir.

Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcək. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaq. Bərpa-quruculuq işləri soydaşlarımızın bu məkanlara qayıdışı ilə müşaiyət olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu işlərin fonunda bildirir ki, bu gün bir şeyə kədərlənirəm. Atam bu günü görə bilməyib: “Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.”

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə xalqın etimadı və inamı hər zaman ətrafında sıx birləşməsində özünün aydın ifadəsini tapır. Bir daha sübut olunur ki, cənab İlham Əliyev hər kəsin Prezidentidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər