Bakı metrosunun stansiyaları dekabrın 21-də saat 04:00-da açılacaq

Bakı metrosunun stansiyaları dekabrın 21-də saat 04:00-da açılacaq


"Bakı Metropoliteni" QSC futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də iş rejimində dəyişiklik edəcək.

Bu barədə səhmdar cəmiyyəti xəbər verir.

Məlumata görə, Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, Bakı metropoliteninin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.

Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metrosunun həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər