![Azərbaycanda zəlzələ olub Azərbaycanda zəlzələ olub](https://olke.az/photo/770x415/2023/11/17/1700197171_8ca5158b-7368-36cb-875c-ccf2e57f17e0_850.jpg)
İsmayıllı rayonunda 3,4 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3,4, dərinliyi 7 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bal gücündə hiss olunub”, – Mərkəzin mətbuat xidməti diqqətə çatdırıb.