Fransanın Ermənistana hərbi texnika göndərməsi pisdir, amma... - GƏLİŞMƏ

Fransanın Ermənistana hərbi texnika göndərməsi pisdir, amma... - GƏLİŞMƏ


Fransanın Ermənistana hərbi texnika göndərməsi narahatlıq üçün əsas versə də, Azərbaycan üçün müəyyən imkanlar da açır. Avropa ölkələri, o cümlədən Fransa Birinci Qarabağ müharibəsi dövründən Azərbaycana və Ermənistana silah və hərbi texnika satmamaq barədə ümumi qərar vermişdilər. Fransa Ermənistana hərbi texnika göndərməklə embarqo qərarından çıxmış oldu. Belə olan halda digər Avropa dövlətləri rahatlıqla Azərbaycana hərbi texnika və silah sata bilərlər. Misal üçün Azərbaycan Müdafiə Nazirliyi bir müddətdir İtlaiya ilə danışıqlar aparır, bu ölkənin hərbi təyyarələrinə marağımız var. Elə Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edən Azərbaycanın müdafiə naziri Zakir Həsənov italiyalı həmkarı Quido Krosetto ilə görüşərək iki ölkə arasında hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşı İtaliyadır. Bu ölkə Parisə boylanmadan Azərbaycana hərbi texnika sata bilər. Avropanın digər dövlətləri, o cümlədən Azərbaycanla strateji tərəfdaşlığı olan Polşa və Çexiya da ölkəmizə silah sata bilərlər.

Müəllif: Elxan ŞahinoğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər