![İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub - Rəsmi İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub - Rəsmi](https://olke.az/photo/770x415/2023/10/11/1697007016_qezza-bina.jpg)
İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, həlak olanlar arasında 3 Azərbaycan yəhudi əsilli şəxs də var.
A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.