Naxçıvanda vəzifəli şəxslər işdən çıxarıldı

Naxçıvanda vəzifəli şəxslər işdən çıxarıldı


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi işdən azad olunub.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Məcid Seyidovun imzaladığı əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Tahir Məmmədli vəzifədən azad edilib. Eyni zamanda, digər əmrlə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov da işdən azad olunub.

Məcid Seyidovun əmrinə əsasən, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin yeni rəisi də təyin edilib. Belə ki, Tahir Məmmədli idarənin yeni rəisi təyin olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər