Azərbaycanla yeni müharibə ola bilər - Paşinyan

Azərbaycanla yeni müharibə ola bilər - Paşinyan


“Ümumiyyətlə, hər iki ölkənin parlamentləri tərəfindən sülh müqaviləsi imzalanana və ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir".

Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

"Əlbəttə ki, müxtəlif ehtimal miqyası var, lakin bu, əlbəttə ki, qeyd edilməlidir. Buna Azərbaycan tərəfdən açıq-aşkar aqressiv ritorika və nifrət dolu çıxışlar, geosiyasi vəziyyət əlavə olunur", - deyə o bildirib.

Qeyd etmək yerinə düşər ki, Paşinyanın iddia etdiyi aqressiv ritorika səbəb deyil, nəticədir. Üstəlik, Azərbaycan heç bir dövlətə qarşı ərazi iddiası etmir, sadəcə, haqqı olan ərazilərlə bağlı diplotik addımlar atır və çıxışlar edir. Paşinyanın aqresiya kimi assosiasiya etdiyi haqlı mövqeyimiz isə Azərbaycana yönəlik həyasız davranışlardan irəli gəlir. Yəni hər dəfə bir bəyanatla gündəmə gələn Ermənistan hökuməti sülh istədiyini desə də, hərəkətləri əksini göstərir və təxribatçı addımlar atır. Bütün bunlardan sonra isə susqun mövqe gözləyir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər