Ermənistan yekun kapitulyasiyaya hazırlanır... - KİV

Ermənistan yekun kapitulyasiyaya hazırlanır... - KİV


Ermənistanda hökm sürən qeyri-müəyyənlik yeni müstəviyə qədəm qoyub. Qarabağ ətrafında münasibətlərə aydınlıq gəldikcə ermənilər daha da ümidsizləşir. Onilliklər ərzində özlərini qalib xalq sayanlar indi düşdükləri dalandan xilas olmağın yollarını axtarırlar. Dünyadakı dostlar, xaricdəki diaspora daha onlara kömək edə bilmir. Regionda dəyişən geosiyasi vəziyyətlə barışmaq məcburiyyətində qalan erməni siyasi dairələrində də ciddi fikir ayrılıqları var. Politoloqların, siyasi ekspertlərin fərqli analizləri Ermənistanın düşdüyü vəziyyəti aydın əks etdirir. Erməni politoloqlar isə nikbin deyillər. Politoloq Stepan Danielyanın son müsahibəsi də bu qəbildəndir.

Ermənistan mətbuatına geniş müsahibə verən Danielyan daha çox Qarabağ mövzusu ətrafında danışıb.

Politoloq bildirib ki, ”Daha əvəlki zaman keçib, köhnə dünyanın nizamı çoxdan dağılıb. İndi regionda mühüm hadisələr baş verir”.

Daneliyanın nəyə işarə vurduğu aydındır. Hazırda regionda hadisələrə diqtə edən Azərbaycandır.

Deməli, Azərbaycanın iradəsi regionda mühüm rol oynayır. Bunu anlayan politoloq daha sonra ”Yeni dünya düzəninin formalaşması zamanı bütün münaqişələr həll edilməlidir. Həmin münaqişələr arasında Qarabağ məsələsi və Ermənistan-Azərbaycan münasibətləri də var. Qarabağda gedən proseslər aydındır. Rusiya Avropa ilə əlaqəni kəsdiyi üçün Cənubi Qafqazda sülhməramlı kontingetini saxlamaq istəyir ki, bütün mümkün marşrutlara, o cümlədən İranla quru əlaqəsinə nəzarət edə bilsin. Qərb isə öz növbəsində regionda mövcudluğunu təmin etməkdə israrlıdır. Qərb Qarabağda mövcudluğunu təmin etməyə çalışır. Onlar Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək istəyirlər. Əks halda Qarabağda erməni qalmayacaq. Qarabağ tamamilə Azərbaycana keçəcək”.

Sabah Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşə toxunan erməni politoloq həmin görüşdən iki mümkün şey gözlədiyini deyir:

“Ermənistan Azərbaycanın bütün tələblərini kağız üzərində qəbul edir və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, anklavların mövcudluğunu qəbul edir. Zəngəzur dəhlizi də mühüm müzakirə mövzusu olacaq. Başqa sözlə, Ermənistan son kapitulyasiyaya məcbur ediləcək.

Digər varianta gəlincə, Ermənistan hakimiyyəti məsələni yenidən uzatmağa çalışacaq. Düşünürəm ki, Qərb də tələsir. Onlar Rusiyanın zəifləməsindən maksimim istifadə edib Ermənistanı yenidən təslim olmağa vadar edəcəklər”.

Beləcə, Ermənistan cəmiyyəti ən ağır şərtlərə hazırdır. Son kapitulyasiya ərəfəsində bunu dərk edənlər də başqa çıxış yolunun qalmadığını anlayırlar.
KONKRET.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər