![Azərbaycanda daha bir zəlzələ oldu Azərbaycanda daha bir zəlzələ oldu](https://olke.az/photo/770x415/2023/06/12/1686546034_fotojet-2023-06-11t103952.264.jpg)
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 05:09-da, 3,4 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 56 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, yerli vaxtla saat 03:37-də Qobustanda da 3 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.