Ukrayna ordusu genişmiqyaslı hücuma keçib

Ukrayna ordusu genişmiqyaslı hücuma keçib


İyunun 4-də səhər saatlarından etibarən Ukrayna ordusu Cənub-Donetskdə 5 istiqamətdə genişmiqyaslı hücuma başlayıb.

“Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.

Məlumatlara görə, Ukrayna ordusunun hücum etdiyi istiqamətlərin birində hücum əməliyyatının qarşısının alınmasına rus ordusuna Baş Qərargah rəisi Valeri Gerasimov rəhbərlik edib.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri strateji ehtiyat qüvvələrindən 23-cü və 31-ci mexanikləşdirilmiş briqadaları döyüşə cəlb edib, onlara digər hərbi hissələr və bölmələr dəstək verib.

"Döyüşdə altı mexanikləşdirilmiş və iki tank batalyonu iştirak edir. Ukrayna ordusunun əsas hədəfi ən həssas hissədə cəbhəni yararaq irəliyə doğru hərəkət etməkdir", - deyə qeyd edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər