Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...

Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...


Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri Taleh Qaraşovun səyyar qəbulundan razı qalıblar
Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...

Yerlərdə insanlarla birbaşa açıq dialoqun qurulması, vətəndaşların qayğı və problemlərinin dinlənilməsi məqsədilə iyunun 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, dövlətin siyasi xəttinin mərkəzində insan amilinin dayanması vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin, qarşılıqlı açıq dialoq mühitinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi zərurətini yaradır. İcra başçısı ötən səyyar qəbul zamanı qaldırılan məsələlərin həlli vəziyyətilə bağlı yerli sakinlərə məlumat verib. Bildirilib ki, yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacaq və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcək. Taleh Qaraşov vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Qarşılıqlı dialoq formatında keçən qəbul-görüşdən yerli insanlar məmnunluqlarını ifadə ediblər. Kənd sakinləri vətəndaşla dövlət məmuru arasındakı yeni və birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.

Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...
Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...
Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...
Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...
Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...
Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov - Azərbaycanda 1990-ci illərdə ayrı-ayrı təcrübəsiz qrupların bir-birini əvəz etməsi, siyasi oyunların gündəliyə çevrilməsi, vaxtında vahid komandanlıq altında ordunun yaranmaması torpaqların bir hissəsinin, o cümlədən Laçının işğalına gətirib çıxardı. Şuşanın xəyanət nəticəsində təhvil verilməsi artıq Laçının məğlubiyyətini qaçılmaz edirdi. Digər tərəfdən, rəsmi hakimiyyət müdafiə məsələlərinə ciddi diqqət yetirmirdi. AXC-Müsavat cütlüyünün xəyanətkar siyasəti sonda bir sıra bölgələrimizin, o cümlədən 18 may tarixində Laçının işğalına səbəb oldu.
Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşdə Laçının işğalını böyük faciə kimi qiymətləndirərək bildirmişdir ki, “bu AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur”.

Rəhbərliyin səriştəsizliyi və özbaşınalığı səbəbindən ölkə çətin günlərini yaşadı. Cütlüyün cəmi bir il hökm sürən hakimiyyəti dövründə ölkə anarxiya, xaos, hərc-mərcliklə üz-üzə qaldı. Qanunsuz silahlılar, quldur dəstələri meydan sulayırdılar. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatın reallığına çevrilmişdi. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın ağır fəsadlarını yaşayır, ölkə parçalanmaq üzrə idi.
Taleh Qaraşov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...

AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövr Azərbaycan xalqına böyük fəlakətlər gətirdi. Ölkədə ağır iqtisadi vəziyyəti bir yana qoysaq, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası ilə çıxış etdiyi həssas bir məqamda iqtidarın başıpozuqluğu və səriştəsizliyi Azərbaycan xalqına baha başa gəldi. Ərazilərimiz işğal edildi. AXC-Müsavat cütlüyünün hakimiyyət dövrü Azərbaycan tarixinə ləkə kimi düşdü.

AXC-Müsavat cütlüyünün milli satqınlığı nəticəsində işğal edilmiş torpaqlarımız 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən işğalından azad edildi. Bu gün müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri nəticəsində düşmən işğalından azad edilən torpaqlar, o cümlədən Laçın şəhəri cənnətə çevrilibdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər