Paşinyan Kişinyovda ermənilərlə görüşü rədd etdi

Paşinyan Kişinyovda ermənilərlə görüşü rədd etdi


Paşinyan Kişinyovun erməni icması ilə görüşünü ləğv edib. Görüş iyunun 2-də yerli vaxtla saat 10:00-da baş tutmalı idi.

Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq bəzi detallar barədə “Hraparak” qəzetinə danışıb.

“İclasda iştirak edənlər siyahısında ilk olaraq diaspor rəhbəri kimi mənim adım olub. Amma sonra adımın üstündən xətt çəkdilər ki, tədbirdə iştirak etməməliyəm. Cavab verdim ki, mən burada erməniləri təmsil edirəm və Ermənistanın baş nazirinə suallarım var”, - Muşeq bildirib.

Kişinyovdakı erməni icmasının rəhbərinin sözlərinə görə, bir müddət sonra ona zəng edib görüş olmayacağını deyiblər.

Görünür, Paşinyan ad gününü narahat suallarla korlamaq istəməyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər