Cahangir Əsgərov: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı

Cahangir Əsgərov: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı


Heydər Əliyev Beynəlxalq Aeroportu “TAV Technologies” şirkəti ilə əməkdaşlıq edir

Cahangir Əsgərov: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı


“TAV Technologies” şirkəti Azərbaycanda Heydər Əliyev Beynəlxalq Aeroportunda slotların paylanması və səyahət sənədlərinin avtorizasiyası üzrə öz həllərini tətbiq edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu Türkiyənin “TAV Technologies” şirkəti ilə hava limanında slotların paylanması və idarə edilməsi proseslərinin daha da təkmilləşdirilməsi haqqında müqavilə imzalayıb. Bundan əlavə, “TAV Technologies” şirkətinin TDAS məhsulunun istifadəsi nəticəsində pasport nəzarəti və digər səyahət sənədlərinin yoxlanılması prosesləri tam avtomatlaşdırılacaq və rəqəmsallaşdırılacaq.

“Bu layihə bizim Azərbaycanda ilk iş təcrübəmizdir ki, bu da onu şirkətimiz üçün mühüm mərhələyə çevirir. Hesab edirəm ki, qabaqcıl sistemlərimizin tətbiqi Heydər Əliyev Beynəlxalq Aeroportunun rəqəmsallaşmasına, əməliyyat səmərəliliyinin və sərnişin məmnuniyyətinin artırılmasına töhfə verəcək.” - deyə “TAV Technologies” şirkətinin baş direktoru M. Kerem Öztürk tərəfdaşlıqdan böyük məmnunluğunu ifadə edib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu ilə “TAV Technologies” arasında əməkdaşlıq sərnişinlərə göstərilən xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların istifadəsində yeni perspektivlər açır. Bu əməkdaşlıq, həmçinin hava limanının təhlükəsizliyini yaxşılaşdıracaq və sərnişinlərə səmərəli xidmət göstərəcək yeni təhlükəsizlik sistemlərinin tətbiqini təşviq edəcək.” - deyə “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Rzayev vurğulayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın milli aviadaşıyıcısı AZAL üçün baza hava limanıdır. Bakı aeroportu dəfələrlə regionun ən yaxşı hava limanı kimi tanınıb. Bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu beynəlxalq “Skytrax World Airport Awards” agentliyinin qiymətləndirilməsinə görə Mərkəzi Asiya/MDB ölkələrində ən yaxşı hava limanı statusunu bir daha təsdiq edib. Aeroport, həmçinin ardıcıl olaraq ikinci dəfə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olub.

Hava limanları üçün qabaqcıl texnoloji həllərin aparıcı təchizatçısı olan “TAV Technologies” tərəfindən hazırlanmış slot koordinasiya və idarəetmə sistemi (SCMS) və səyahət sənədlərinin avtorizasiyası sistemi (TDAS) artıq mükəmməl olan aviaşirkət və hava limanı xidmətlərinə töhfə verəcək. TDAS sistemi qərar qəbul etməyi asanlaşdıran və hava limanının gələcək sərnişin axınını proqnozlaşdırmasına kömək edən hərtərəfli statistika təqdim edir.

“TAV Airports Holding”in törəmə şirkəti olan “TAV Technologies” Türkiyənin əsas hava limanı operatoru və dünyada texnologiya sahəsində aviasiya xidmətləri və həllərini inkişaf etdirən və tətbiq edən aparıcı brenddir.

Yenilikçi texnologiya tərəfdaşı və əsas sistem inteqratoru kimi “TAV Technologies” şirkəti Tədqiqat və İnkişaf Mərkəzində və İnnovasiya Mərkəzində işlənib hazırlanmış tam texnologiya idarəetməsi və inteqrasiya olunmuş “premium” sinif həllər təqdim edir.

Cahangir Əsgərov: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı


AZAL Prezidenti Cahangir Əsgərov - 28 May – Azərbaycanın Respublikasının Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Cahangir Əsgərov: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı


Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.

Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Cahangir Əsgərov: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı


Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu - Silahlı Qüvvələr yaradıldı.

Ulu öndər Heydər Əliyev çıxışlarında daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını, bunun üçün zamana ehtiyac olduğunu, səbirlə, təmkinlə və ağılla hərəkət etmək lazım olduğunu vurğulayırdı. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün şərait yarandı. Müvəqqəti atəşkəs rejimi nəticəsində ölkədə daxili sabitliyə nail olundu, dövlətçiliyimiz möhkəmləndirildi, hərbi sənayemiz quruldu, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar aparıldı, bir çox əhəmiyyətli layihələrə imza atıldı.

Ulu Öndərimiz dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May - Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.Cahangir Əsgərov: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər