Nazim Qasımov: Məhsullarımızın ən yüksək səviyyədə nümayişi, çatdırılması və müştəri məmnuniyyətinin tam qorunmasının sirri, güclü komandamızdır

Nazim Qasımov: Məhsullarımızın ən yüksək səviyyədə nümayişi, çatdırılması və müştəri məmnuniyyətinin tam qorunmasının sirri, güclü komandamızdır



“NANT» MMC-nin baş direktoru Nazim Qasımov - "NANT" MMC 2002-ci ildə təsis olunmuşdur. Şirkətimizin əsas profili ərzaq məhsullarının Azərbaycana idxalı və distribusiyasıdır. “NANT” MMC Rusiyanın, İndoneziyanın, Cənubi Koreyanın, Yunanıstanın, Ukraynanın aparıcı istehsal şirkətlərinin rəsmi distribyutorudur. Şirkətin mərkəzi ofisi və anbarı Bakı şəhərində yerləşir. Bundan əlavə regionlarda 6 filialımız və Naxçıvanda bir sub distribyutorumuz mövcuddur.

Nazim Qasımov: Məhsullarımızın ən yüksək səviyyədə nümayişi, çatdırılması və müştəri məmnuniyyətinin tam qorunmasının sirri, güclü komandamızdır


Filiallarımız bunlardır: Bakı, Gəncə, Lənkəran, Quba, Mingəçevir, və Sabirabad. Hər bir filialın öz anbarı və məhsulların satış nöqtələrinə vaxtında çatdırılması üçün öz avtoparkı mövcuddur. Məqsədimiz idxal etdiyimiz məhsulları Azərbaycanın bütün bölgələrində yerləşən hər bir satış nöqtəsinə çatdırmaqdır. Bunun üçün güclü satış komandamız mövcuddur. Anbarlarımız, portfelimizdə olan bütün növ məhsulların saxlama şəraitini tam şəkildə təmin edir. Şirkətimiz müasir iş üslubuna uyğun insan və texniki resurslara malikdir. Satışın təşkili zamanı ən son İT texnologiyalarından istifadə edilir. Hal hazırda şirkətimizdə 400-dən çox əməkdaşımız çalışır. Bizim şirkət hər bir biznes təklifini müzakirə etməyə hazırdır.

Nazim Qasımov: Məhsullarımızın ən yüksək səviyyədə nümayişi, çatdırılması və müştəri məmnuniyyətinin tam qorunmasının sirri, güclü komandamızdır


Şirkətimiz, müxtəlif məhsulların saxlama şəraiti tələblərinə cavab verən müasir anbarlarla təchiz olunmuşdur. Ölkənin bir çox regionlarında müxtəlif həcmlərə malik anbarlarımız fəaliyyət göstərir. Bakı (4500 kv/m), Gəncə (700 kv/m), Mingəçevir (400 kv/m), Lənkəran (300 kv/m) ,Quba (300 kv/m), Sabirabad (230 kv/m), ümumilikdə ərazisi 6430 kv/m olan anbarlarımız ölkənin istənilən nöqtəsinə məhsullarımızın ən qısa zamanda çatdırılmasına imkan verir.

Nazim Qasımov: Məhsullarımızın ən yüksək səviyyədə nümayişi, çatdırılması və müştəri məmnuniyyətinin tam qorunmasının sirri, güclü komandamızdır


Məhsullarımızın tez və əlverişli şəraitdə çatdırılmasında nəqliyyat vasitələrimiz mühüm rol oynayır. Məhsulların distribusiyasını təşkil etmək üçün müxtəlif ölçülü 52 yük avtomobilimiz mövcuddur.

Nazim Qasımov: Məhsullarımızın ən yüksək səviyyədə nümayişi, çatdırılması və müştəri məmnuniyyətinin tam qorunmasının sirri, güclü komandamızdır


2002-ci ildən fəaliyyət göstərən şirkətimiz, ölkə daxilində ən böyük şirniyyat məhsullarının distribusiyası mərkəzinə çevrilmiş və minlərlə müştərini özünə cəlb etmişdir. Hal-hazırda müştəri bazamız 8000-dən çoxdur. Ən əsas prioritetini müştəri məmnuniyyəti sayan şirkətimizin alıcı sayı gündən-günə artmaqdadır.

Nazim Qasımov: Məhsullarımızın ən yüksək səviyyədə nümayişi, çatdırılması və müştəri məmnuniyyətinin tam qorunmasının sirri, güclü komandamızdır


Məhsullarımızın ən yüksək səviyyədə nümayişi, çatdırılması və müştəri məmnuniyyətinin tam qorunmasının sirri, güclü komandamızdır. Satış komandamızda bütün filiallar daxil olmaqla, ümumilikdə 400 nəfərdən çox əməkdaşımız çalışır.

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, “NANT» MMC-nin baş direktoru Nazim Qasımov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

“NANT» MMC-nin baş direktoru Nazim Qasımovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" “NANT» MMC-nin baş direktoru Nazim Qasımovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. “NANT» MMC-nin baş direktoru Nazim Qasımov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, “NANT» MMC-nin baş direktoru Nazim Qasımov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər