Hüseyn Əliyev: Azərbaycan tariximizin ən güclü dövrünü yaşayır

Hüseyn Əliyev: Azərbaycan tariximizin ən güclü dövrünü yaşayır



Şanlı Azərbaycan polisinin keçmişinə nəzər salanda onların çətin, məsuliyyətli və şərəfli bir ömür yolu keçmələrinin şahidi oluruq. İstər Sovetlər dönəmində, istərsədə müstəqillik illərində Azərbaycan polisi hər zaman öz çevikliyi, qabiliyyəti, bacarığı ilə seçilib. Həm hüquqi savadına, həmdə kriminalogiya sahəsində bilgilərinə görə daim öndə gedib. Məhs onun bariz nümunəsidir ki, baş vermiş cinayətlərin isti izlərlə açılmasında cinayətkarların tutularaq cinayət məsuliyyətinə cəlb olunmasında Azərbaycan polisinin əməyi danılmazdır. Şükürlər olsun ki, Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında bu tendensiya bu gündə davam edir.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Hüseyn Əliyev keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Nərimanov rayon DYPŞ-nin rəisi, polis kapitanı Hüseyn Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Hüseyn Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Hüseyn Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Nərimanov rayon DYPŞ-nin rəisi, polis kapitanı Hüseyn Əliyev peşəkar nümunəvi polis zabiti kimi hər zaman Cənab nazir Vilayət Eyvazovun tapşırıqlarını vicdanla yerinə yetirən, qanunların aliliyinə riayət edən əsl polis zabitidir.
O hər zaman Dövlətə - Dövlətçiliyə, Xalqa - Millətə Qanunların aliliyinə və Ulu Öndərin ideyalarına, onun siyasi kursuna sədaqətlə - fəxarətlə xidmət edən dəyərli Azərbaycan vətəndaşıdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Hüseyn Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Nərimanov rayon DYPŞ-nin rəisi, polis kapitanı Hüseyn Əliyev - Azərbaycan demək olar ki, tariximizin bütün dönəmlərində çətin və ağır sınaqlardan keçmişdir. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olmuş, Şərqin ilk demokratik respublikasının təməlini qoymuşdur. Azərbaycan müstəqillik əldə etmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk müstəqillik dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını: azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa etdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bununla da, Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı. Bir sözlə dahi Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev Cümhuriyyət haqqında söylədiyi fikirlər həqiqətən onu göstərir ki, bugünükü Azərbaycan 1918-ci ildə yaradılmış ilk müstəqil dövlətimizin varisidir. “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.” Bəli, həqiqətən hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Bu bir tarixi faktdır ki, əgər Ulu Öndər Heydər Əliyev olmasa idi bugünkü müstəqil Azərbaycan dövləti də var olmayacaqdı.

Ümummilli Liderin uzaqgörən və düzgün siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Azərbaycan 2020-ci ilin sentyabrında başladığı əks-hücum əməliyyatı ilə cəmi 44 gün ərzində erməni təcavüzkarlarını döyüş meydanında darmadağın etdi. Nəticədə əzəli torpaqlarımız düşmən tapdağından azad olundu, işğala və uzun illərdir davam edən mənfur siyasətə son qoyuldu. Bu isə məhz cənab Ali Baş Komandanımız İlham Əliyevin peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti hesabına mümkün oldu. Bu gün “Böyük Qayıdış” proqramı uğurla icra olunur, doğma Qarabağ və ətraf digər rayonlarımız cənnətə çevrilir, vətəndaşlarımız öz dədə-baba yurduna böyük sevinc və coşqu hissi ilə geri dönür. Həqiqətən də müstəqilliyi əldə etməkdən də çətin bir iş onu qorumaq və əbədiliyini təmin etməkdir. Məhz Prezident İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycan tariximizin ən güclü dövrünü yaşayır, müstəqil, demokratik dövlət kimi sayasız-hesabsız uğurlara imza atır və böyük inkişaf yolu keçir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər