Ağ Ev Əliyev-Putin-Paşinyan görüşünü şərh edib

Ağ Ev Əliyev-Putin-Paşinyan görüşünü şərh edib



ABŞ Dövlət Departamenti Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü şərh edib.


Bu barədə açıqlama verən Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, mayın əvvəlində ABŞ dövlət katibi Entoni Blinkenin, Ermənistanın xarici işlər nazirinin də daxil olduğu Vaşinqtonda görüşlər keçirilib.


O deyib ki, ABŞ danışıqların davam etdirilməsində maraqlıdır.


“Bildiyiniz kimi, biz orada iştirak etməmişik, lakin biz danışıqların davam etməsini prioritet hesab edirik. Razılığın əldə oluna biləcəyinə inanırıq və həll olunmamış məsələlərdə razılığa gəlmək üçün hər iki tərəfə təzyiq etməyə davam edirik”, - Miller qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər