Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB


Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Filippin Prezidenti Ferdinand Romualdez Markos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Filippin xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Son üç onillikdə Filippin ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur. İnanıram ki, dövlətlərimiz dostluq əlaqələrini gələcək illərdə də davam etdirəcək.

Filippin iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və pandemiyadan sonrakı bərpa kimi ümumi narahatlıq doğuran qlobal çağırışların həllində Azərbaycanla işləməyə hazırdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər