Paşinyanın son Qarabağ bəyanatının arxasındakı hiyləgər PLAN - ŞƏRH

Paşinyanın son Qarabağ bəyanatının arxasındakı hiyləgər PLAN - ŞƏRH


Ermənistanın Baş naziri Nikol Paşinyan yeni etirafları ilə diqqət mərkəzinə düşüb.

O, Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən etiraf edib:

“Bəli, biz Azərbaycanın 86,6 min kv/km ərazisini tanıyırıq, bura Qarabağ da daxildir. Biz bu barədə sülh müqaviləsi də imzalamağa hazırıq”.

Baş nazir müharibənin qarşısını almaq üçün Qarabağın öz müqəddəratını təyinetmə iddiasından da əl çəkdiyini söyləyib:

“Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsi Bakı ilə Xankəndi arasında beynəlxalq mexanizmlərin nəzarəti altında müzakirə edilməlidir”.

Görünür, artıq Nikol Paşinyan da Qarabağ münaqişəsinin bitdiyini və Qarabağın Azərbaycana məxsus olduğu reallığını dərk etməyə başlayıb. Amma bəzi ekspertlər onun fikirlərində fərqli niyyətləri olduğunu da söyləyirlər.

Mövzu ilə bağlı açıqlama verən politoloq Natiq Miri bildirib ki, əslində Nikol Paşinyanın açıqlamasında yenilik yoxdur:

“Sadəcə olaraq bu fikirlərdə müəyyən manipulyasiyalar mövcuddur. Çünki Paşinyan Qarabağla bağlı ərazi iddiasından imtina etdiyini indi yox, xeyli zamandır deyir. Bu isə Ermənistanda formalaşan bir fikir deyil. Bu, Qərb dünyasından Ermənistana ötürülüb. Bu da növbəti hiylədir.

Yəni ərazi iddiası şəklində Azərbaycanla münaqişədə perspektivin olmadığı gerçəyi rəsmi İrəvana başa salınandan sonra bu məsələ ərazi iddiasını əvəzləyən hüquq və təhlükəsizlik konteksində ortaya çıxıb. Bu, o deməkdir, gələcəkdə Qarabağda yaşayan əhalinin hüquq və təhlükəsizliyi konteksində istənilən zaman beynəlxalq birliyin və xarici ölkələrin müdaxiləsinə imkan yaradır.

Əslində, bu da Ermənistanın və beynəlxalq birliyin Azərbaycan üzərində Qarabağda təsir imkanlarına yol aça bilər. Çünki insan hüquqları və təhlükəsizlik məsələsi heç bir zaman heç bir ölkənin daxili işləri sayılmadığı üçün həmişə xarici faktorların müdaxiləsinə açıq olur. Hiylə bundan ibarətdir”.

Politoloq Paşinyanın açıqlamasında məsələnin qoyuluşuna da toxunub:

“O, Xankəndi ilə Bakı arasındakı danışıqların beynəlxalq mexanizmlərin nəzarəti altında keçirilməli olduğunu deyir. Axı Xankəndi nə zamandan müstəqil subyekt olub ki, rəsmi Bakı ilə bərabər səviyyədə təqdim olunur? Belə bir şey yoxdur və Azərbaycan bunu qəbul edə bilməz. Çünki Xankəndi adlı müstəqil subyekt yoxdur. Xalqların özlərinin müqəddaratını təyinetmə iddiasından əl çəkilirsə, nə üçün Xankəndi müstəqil subyekt kimi təqdim olunur?

Əgər Paşinyan Azərbaycanın bütövlüyünü tanıyırsa, Qarabağı Azərbaycanın tərkib hissəsi sayırsa, onda Qarabağda yaşayan erməni əhalisi ilə rəsmi Bakı arasında danışıqlar kimi təqdim etməli idi. Eynən, Vaşinqton və Brüssel görüşlərində olduğu kimi. Məsələ budur və burada aldanmaq lazım deyil. Beynəlxalq güclərin nəzarəti altında danışıqların aparılması Ermənistana prosesi illərlə uzatmağa imkan verir. Buna isə imkan vermək olmaz”. //Cebhe.info//Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər