İkinci turdakı üç ssenari: hansı namizəd neçə faizlə qalib gələcək... - FOTO

İkinci turdakı üç ssenari: hansı namizəd neçə faizlə qalib gələcək... - FOTO


14 mayda Türkiyədə keçirilən seçkilərin ikinci tura keçəcəyini və namizədlərin səs nisbətlərini proqnozlaşdıran “Sonar Araşdırma”nın rəhbəri Hakan Bayrakçı ikinci turla bağlı açıqlamalar verib.

Hakan Bayrakçı prezident seçkilərinin ikinci turu ilə bağlı Sinan Oğanın səslərinin 3 ssenari üzrə bölüşdürülməsi təxminini paylaşıb.

Bayrakçı deyib ki, ikinci turda Oğanın səsləri aşağıdakı 3 ssenari üzrə bölünəcək:

Birincisi, Sinan Oğan tərəfsiz qalarsa, səslərin 1,8 faizi Kamal Kılıçdaroğluna,1,8 faizi Rəcəb Tayyib Ərdoğana gedəcək, 1,6 faiz seçici isə seçkiyə getməyəcək.

İkincisi, Sinan Oğan Kılıçdaroğlunu dəstəkləməyə qərar verdiyini açıqlasa, o zaman 2,2 faizi Kamal Kılıçdaroğluna,1 faizi Rəcəb Tayyib Ərdoğana gedəcək, 2 faizi isə seçkiyə getməyəcək.

Üçüncüsü, Sinan Oğan Ərdoğanı dəstəkləməyə qərar verdiyini açıqlasa, o zaman 1,8 Kamal Kılıçdaroğluna, 2 faizi Rəcəb Tayyib Ərdoğana səs verəcək, 1,4 faizi isə seçkiyə getməyəcək.

Bayrakçı onu da deyib ki, ikinci turda Ərdoğan səslərin 52,1 faizini, Kılıçdaroğlu 47,9 faiz səs qazana biləcək.

İkinci turdakı üç ssenari: hansı namizəd neçə faizlə qalib gələcək... - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər