Baba Rzayev: Ümummilli Liderin elektroenergetika sahəsində gördüyü misilsiz fəaliyyəti

Baba Rzayev: Ümummilli Liderin elektroenergetika sahəsində gördüyü misilsiz fəaliyyəti


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “AzərEnerji” ilin əvvəlindən başlayaraq həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq Ümummilli Liderin elektroenergetika sahəsində gördüyü misilsiz fəaliyyətilə bağlı “Müasir energetikanın banisi” adlı filmin təqdimatını keçirib.

Tədbirin əvvəlində “AzərEnerji” rəhbərliyi və məsul şəxslər Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarın özünə gül dəstələri qoyublar. Sonra “AzərEnerji”nin Baş idarəetmə, elm, tədris kompleksində Ulu Öndərin fəaliyyətini əks etdirən foto sərgiyə baxış keçirilib. Daha sonra “Müasir energetikanın banisi” filmi nümayiş olunub.

Filmdə Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra Respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan energetika sektorunda Sovet Moskvasının maneçiliyinə baxmayaraq Azərbaycan enerjisistemini kənar mənbələrdən asılı vəziyyətdən çıxarması və Ulu Öndərin Azərbaycanda enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsini qoymasından bəhs edilir. Həmçinin 1993-cü ilin iyununda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan elektroenergetika sahəsində əməli fəaliyyətə keçməsi də filmdə özünə geniş yer alır. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində - onun siyasi hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycanın energetika sistemində 3300 MVt-dan artıq generasiya gücü yaradıldığı detalları ilə filmdə əks edilir.

Fikmin təqdimatında “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev çıxış edərək Ulu Öndərin həyatı və energetika sahəsində misilsiz fəaliyyətindən danışıb.

Ulu Öndərin 100 illiyi ilə bağlı hazırlanan filmin təqdimatından sonra çoxminlik kollektivi olan “AzərEnerji”nin xüsusi yardım bağlamaları şəhid olan əməkdaşların ailələrinə, övladı şəhid olan işçilərə və qazilərə göndərilib


Baba Rzayev: Ümummilli Liderin elektroenergetika sahəsində gördüyü misilsiz fəaliyyəti
Baba Rzayev: Ümummilli Liderin elektroenergetika sahəsində gördüyü misilsiz fəaliyyəti
Baba Rzayev: Ümummilli Liderin elektroenergetika sahəsində gördüyü misilsiz fəaliyyəti
Baba Rzayev: Ümummilli Liderin elektroenergetika sahəsində gördüyü misilsiz fəaliyyəti
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər