Sənan Mənsimli vəzifəsini şərəflə yerinə yetirir

Sənan Mənsimli vəzifəsini şərəflə yerinə yetirir


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlidir.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Sənan Mənsimlinin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Sənan Mənsimli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, AŞirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli - 10 may 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu gün Prezident İlham Əliyevin tarixi Şuşa şəhərindən xalqa müraciəti hər birimizi qürurlandırdı. Ölkə Prezidenti xalqa müraciətində Azərbaycan xalqının və dövlətçiliyimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimiz qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışaraq bildirdi ki, “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.”

1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir çətin məqamda xalqın təkidli tələbini və istəyini qəbul edən Ümummilli Lider Heydər Əliyev 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi, beləliklə, Azərbaycanın müasir dövlətçilik tarixində yeni səhifə açıldı. Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özünün əsas vəzifələrdən biri hesab edirdi. Bu, bir həqiqətdir ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu. "Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək" fikrini söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı. Qeyd edək ki, o dövrdə, Azərbaycanın çətin günlərində bütün xalqımız kimi ağdamlıların da gözü Naxçıvana tikilmişdi. Çünki yeganə ümid yeri Naxçıvan Ali Məclisinin sədri, qəlbi daima xalqının qəlbi ilə döyünən Heydər Əliyev idi. Hər bir Azəbaycan ziyalısı kimi ağdamlılara da çox yaxşı bilirdilər ki, Heydər Əliyev kimi güclü və dəmir iradəli şəxsiyyət ölkənin bu çətin günlərində öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilər. Bu addımı yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan adam ata bilər. Odur ki, xalqın günü-gündən Heydər Əliyev şəxsiyyətinə olan inamı daha da artaraq ümumxalq məhəbbətinə çevrilmişdi.


Sənan Mənsimli vəzifəsini şərəflə yerinə yetirir

Qısa müddətdə Ulu Öndərin siyasi idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu dahi Şəxsiyyət bu gün ki, müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Ulu Öndər Heydər Əliyev dəfələrlə çadır şəhərciklərinə səfərləri zamanı məcburi köçkünlərlə görüşlərində deyirdi ki, "torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq vətəndaşımız yerindən, yurdundan didərgin düşübdür. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik və əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad edilməsə biz bunu hərb yolu ilə həll edəcəyik".

Ata vəsiyyətini layiqincə yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu fikrini 44 günlük şanlı Vətən müharibəsi zamanı döyüş meydanında tamamladı və tarixi ədaləti bərpa etdi. Qeyd edək ki, Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Məhz bu uğurlu siyasi kursun məntiqi nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən Müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi.

Sənan Mənsimli vəzifəsini şərəflə yerinə yetirir


Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir insan yaxşı bilir ki, 20 illik rəhbərliyi dövründə Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu, Azərbaycan tarixinə qurucu dövlət başçısı kimi daxil olduğunu, Azərbaycanın Cənubi Qafqazın ən güclü müasir və moderin dövlətinə çevirməyi bacaran dövlət başçısı olduğunu və hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübuta yetirdi.

Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək, inkişaf etmiş ölkələr sırasında nufuzunu qoruyacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər