Namiq Məmmədov: Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti xalqını, Vətənini necə sevməyi öyrədən bir məktəbdir

Namiq Məmmədov: Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti xalqını, Vətənini necə sevməyi öyrədən bir məktəbdir


"Gəncə Şərab-2 ASC” şirkətinin rəhbəri Namiq Məmmədov - Bütün ömrünü siyasətə, qurub-yaratmağa həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərini heç nə ilə müqayisə etmək mümkün deyil. O, elə bir şəxsiyyətdir ki, istər ölkə daxilində, istərsə də onun hüdudlarından çox-çox uzaqlarda daim mənsub olduğu xalqa başucalıq, nüfuz və hörmət gətirmişdir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarıdır. Çünki Azərbaycanın ağır günlərində xalqın harayına çatan dahi şəxsiyyət bütün səy və bacarığı ilə dövlətçiliyimizi, müstəqilliyimizi, mövcudluğumuzu qoruyub saxladı, demokrtaiyanın inkişafına, insan hüquqlarının bərqərar olmasına nail oldu, iqtisadiyyatı bərpa etdi, işıqlı gələcəyimiz naminə gecə-gündüz çalışdı, bütün ömrünü xalq xidmətə həsr etdi.
Namiq Məmmədov: Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti xalqını, Vətənini necə sevməyi öyrədən bir məktəbdir

Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində müstəqil Azərbaycan dövlətini dünyada yetərincə tanıdaraq ölkəmizə qarşı iqtisadi maraqların artmasına nail oldu. Belə ki, dahi şəxsiyyət siyasi uzaqgörənliklə dünyanın iqtisadi cəhətdən ən qüdrətli, dünya siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayan dövlətlərlə ölkəmizin münasibətlərinin yaxşılaşdırılmasını həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorunun zəngin yanacaq ehtiyatlarından birgə istifadə etmək məqsədi ilə nüfuzlu xarici şirkətlərlə ilk beynəlxalq müqavilənin - “Əsrin müqaviləsi”nin imzalanması bütövlükdə Azərbaycan iqtisadiyatının qısa zamanda dirçəldilməsində həlledici əhəmiyyətə malik oldu. Əsrin neft müqaviləsi imzalandıqdan sonra Azərbaycan Respublikasının getdikcə artan nüfuzu, Ulu Öndər Heydər Əliyevin regional və dünya siyasi səhnəsindəki müstəsna rolu ölkəmizin mövqeyini daha da möhkəmləndirdi. Ulu Öndərin əsas amalı Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünə nail olmaq idi. Dahi şəxsiyyətin siyasətinin əsas hədəfi bu istəyə çatmaq idi. Elə bir beynəlxalq səviyyəli görüş olmayıb ki, orada Azərbaycanın haqq işi, üzləşdiyi işğal məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən gündəmə gətirilməsin.
Namiq Məmmədov: Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti xalqını, Vətənini necə sevməyi öyrədən bir məktəbdir

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti xalqını, Vətənini necə sevməyi öyrədən bir məktəbdir. Çünki dahi şəxsiyyətin hələ Sovetlər dövründəki fəaliyyətinə nəzər yetirdikdə də bu deyilənlərin şahidi oluruq. Belə ki, 1969-cu ildən 1982-ci ilə qədər respublikaya rəhbərlik etdiyi dövürdə olduğu kimi, dünyanın fövqəldövləti hesab olunan SSRİ adlı hegemon dövlətdə yüksək vəzifədə olduğu dövrdə də Ulu Öndərin ürəyi daim Azərbaycan xalqı ilə döyünmüş, onunun həyatı xalıqmızın xoş gələcəyinə həsr olunmuşdur. SSRİ dövründə Kremilin mənfur milli siyasətinə baxmayaraq, Azərbaycana müstəqillik üçün iqtisadi və mədəni-mənəvi təməli məhz dahi şəxsiyyət Heydər Əliyev yaratmışdır.

Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini mahiyyətinə görə iki qrupda təsnif etmək mümkündür: Quruculuq və xilaskarlıq! Hər iki missiyanın öhdəsindən ləyaqət və şərəflə gələn Ulu Öndər Heydər Əliyev dönməz əqidəsi ilə müasir Azərbaycanın şanlı tarixini yaradıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər