Rüfət Aslanlı: “Exchange”lər bərpa olunmayacaq

Rüfət Aslanlı: “Exchange”lər bərpa olunmayacaq















Maliyyə Bazarlarına Nəzarət Palatası hələ ki, buna ehtiyac görmür

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda həftəsonu valyuta mübadiləsi aparmaq üçün cəmi 2 bankın bir filialının işləməsinə münasibət bildirib.

O, bu barədə ANS TV-yə müsahibəsində danışıb.

Bank filiallarından kənar valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi imkanları barədə sualı cavablandıran R.Aslanlı dolayısı ilə buna ehtiyac olmadığını bildirib:

“Burada həll olunmalı məsələ yoxdur. Əgər bu bazar günü 1 filialı işləyən 2 bank istirahət günləri bütün filiallarını işlətməklə mənfəət əldə edə biləcəklərini görsəydi, yəqin ki, bunu edərdilər. Bu, xidmətin təklif tərəfidir.

Məsələnin tələb tərəfinə gəlincə isə, bütün dünyada bayramlara bank bayramı kimi baxırlar. İnsanlar bilirlər ki, bayram günləri banklar işləmir. Buna görə də, şənbə-bazar günləri üçün hər kəs işini planlaşdırır, ən geci 5-ci gün valyuta mübadiləsi edir. Əgər kimsə bunu edə bilməyibsə, yaxud təcili mübadiləyə ehtiyacı yaranıbsa, artıq bunu “növbətçi” banklarda edir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər