İrəvan: Sülh sazişi layihəsində irəliləyiş əldə edilib

İrəvan: Sülh sazişi layihəsində irəliləyiş əldə edilib


Ermənistan Xarici İşlər Nazirliyinin Vaşinqtonda nazirlər Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən danışıqların yekunlarına dair bəyanat yayıb.

Ermənistan XİN-in yaydığı bəyanatda deyilir ki, nazirlər mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin tənzimlənməsi ilə bağlı mövcud məsələlərlə əlaqədar mövqelərini təqdim ediblər.

“Nazirlər və onların komandaları "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin hələ də fərqli olduğunu qeyd ediblər”, - bəyanatda deyilir.

Bayramov və Mirzoyan danışıqların aparılmasına görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər, həmçinin müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər