Kremldən Putinə sui-qəsdlə bağlı sensasion açıqlama

Kremldən Putinə sui-qəsdlə bağlı sensasion açıqlama


Kreml dünən Rusiya Prezidenti Vladimir Putini hədəf aldığı iddia edilən dron hücumlarının arxasında ABŞ-ın olduğunu iddia edib.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Biz bilirik ki, bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev yalnız deyilənləri edir",- o söyləyib.

Qeyd edək ki, Rusiya ötən gün Prezident Vladimir Putini öldürmək məqsədilə Ukrayna Silahlı Qüvvələrinin Kremlə dronlarla hücum etdiyini iddia etmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski isə iddiaları təkzib etmişdi.

Bundan əlavə, ABŞ Dövlət katibi Entoni Blinken də dron hücumunu Ukraynanın törətməsini təsdiqləyə bilmədiklərini demişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər