Rəşad Mahmudov: Yerinə yetirilən vəsiyyət

Rəşad Mahmudov: Yerinə yetirilən vəsiyyət


Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov - Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin rolu və xidmətləri əvəzolunmazdır. Bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Məhz Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Rəşad Mahmudov: Yerinə yetirilən vəsiyyət


Ümummilli Lider Heydər Əliyev ömrü Azərbaycan xalqının XX əsr tarixinin ikinci yarısı ilə sıx bağlıdır və onları bir-birindən ayırmaq və izah etməyə çalışmaq mümkün deyil. "Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm"- deyən Ümummilli Lider ikinci dəfə siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamız beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə- neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.

Ümummilli Lider sərkərdə qətiyyəti, polad iradəsi ilə dövlətçiliyimizi uçurumdan qaytardı. Böyük siyasi təcrübəsi ilə ölkəni parçalanmadan, vətəndaş müharibəsindən qurtardı. Dağınıq ordunu mütəşəkkil orduya çevirdi. Separatçı qüvvələrə qarşı əməli tədbirlər görüldü. Ümummilli Lider millətlərarası münasibətlər siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirmək istiqamətini əsas götürərək, azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlətçilik quruculuğunun ümdə vəzifəsi kimi qarşıya qoydu, multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırdı.

Rəşad Mahmudov: Yerinə yetirilən vəsiyyət


Qürurla qeyd etməliyik ki, Ümummilli Liderin Hakimiyyətə qayıdışından ötən 30 ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü "Güclü dövlət-müstəqil siyasət" ideyası tam mahiyyəti ilə reallaşıb. Bəli, Azərbaycan xalqı əsrlər boyu həsrətində olduğu müstəqilliyi qoruyub saxlaya bildi. Bu baxımdan 15 iyun - Milli Qurtuluş Günü Vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Məhz bu əlamətdar tarix Azərbaycan xalqının qanı, canı bahasına ötən əsrin sonlarında yenidən bərpasına nail olduğu dövlət müstəqilliyini öz böyük liderinin rəhbərliyi ilə qoruyub saxlamaq əzmini simvolizə edir.

Bu gün Ümummilli Liderin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Məhz işğaldan azad edilmiş Qarabağımızda yenidən üçrəngli bayrağımızın dalğalanması, bu ərazilərdə Azərbaycanın dövlət quruluşunun bərpası, qısa müddət ərzində azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa-abadlıq tədbirləri, artıq bu torpaqlara böyük qayıdışın başlanması Ulu Öndər Heydər Əliyevin gerçəkləşən arzuları, sadiqliklə yerinə yetirilən vəsiyyətləridir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər