Salyan Rayonunda silsilə tədbirlər davam edir

Salyan Rayonunda silsilə tədbirlər davam edir

Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda oftalmologiya elminin inkişafında akademik Zərifə Əliyevanın rolu” mövzusunda tədbir keçirilmişdir

Salyan Rayonunda silsilə tədbirlər davam edir

Tədbirdə akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbiri giriş sözü ilə açaraq akademik Zərifə xanım Əliyevanın öz parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulamışdır.

Tədbirdə dinlənilən məruzə və çıxışlarda insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin, sadəliyi və təvazökarlığı ilə insanlığın əsl mücəssəməsi olan nəcib azərbaycanlı xanımın Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə toxunulmuş, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı və gözəl ana kimi əbədiləşdiyi vurğulanmışdır.

“Heydər Əliyev və Azərbaycanın milli intibah dövrü, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilmişdir

Salyan Rayonunda silsilə tədbirlər davam edir

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, tədbirlər planı çərçivəsində Salyan rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycanın milli intibah dövrü, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilmişdir. Konfrasda Salyan RİH-nin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları, Musa Quliyev, Aydın Hüseynov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərzai bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Heydər Əliyevin zəngin irsinə həsr olunan videoçarxa baxış keçirilmişdir.

Konfrasda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək müasir, müstəqil, güclü Azərbaycan dövlətinin təməlində Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını, bu siyasətin Azərbaycan xalqına böyük Zəfər bəxş etdiyini diqqətə çatdırmışdır. Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyevin xalqımızın işıqlı sabahı naminə atdığı mühüm addımlardan söz açan rayon rəhbəri, bu gün regionda əsas söz sahibinə çevrilmiş, qalib Azərbaycan dövlətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf və tərəqqi etdiyini bir daha vurğulamışdır. Tədbirdə digər çıxış edənlər Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı və böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirmişlər.

Çıxışçılar işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu xüsusi qeyd edərək bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatması barədə geniş danışmışlar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər