“ABŞ Paşinyana Qarabağla bağlı əmr verib: 1 ay sonra…” - Köçəryan gizlinləri açdı

“ABŞ Paşinyana Qarabağla bağlı əmr verib: 1 ay sonra…” - Köçəryan gizlinləri açdı


Qərbin qarşısında hazırda iki məqsəd var: Qarabağdakı ermənilər arasında sülhməramlılara etimadsızlıq yaratmaq və Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Tiqran Köçəryan deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı proses Praqa görüşündən sonra başladılıb.

Ekspert ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun səfərindən etibarən Paşinyanın Qərbin tapşırıqlarını icra etdiyini söyləyib.

“Onların planın iki əsas istiqamət var. Bunlar Qarabağın verilməsi və Türkiyə ilə danışıqların yenilənməsidir. Yeri gəlmişkən, şayiələr gəzir ki, Türkiyə ilə sərhəddəki Marqara məntəqəsi 1 iyunda – Paşinyanın doğum günündə açılacaq. Əgər Ermənistan və Türkiyə münasibətləri yoluna qoysalar, İrəvan növbəti gün Rusiyaya deyəcək ki, biz artıq təhlükəsizliyimizə təhdid görmürük. Yəni Rusiyaya “hələlik” deməyə cəhd edəcəyik”.

T.Köçəryan bunun üçün Ermənistandakı dərsliklərdən “soyqırım” ifadəsinin yığışdırılmağa başlandığını deyib.

Köçəryana görə, son proseslər Ermənistanda Suriyalaşma prosesinin getməsi ehtimalını artırır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər