Bayram və istirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Bayram və istirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb


Bayram və istirahət günlərində (aprelin 21-22-23-24-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Samur-Yalama milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir.

22-i gündüz yağıntıda yaranan qısa fasilədən sonra 23-də gündüz yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.

Altıağac milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir. 22-i gündüz yağıntıda yaranan qısa fasilədən sonra 23-də gündüz yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-17° isti olacaq.

Ağgöl milli parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 21-də gündüz yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti olacaq.

Qızılağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 21-də axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 19-21° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti , gündüz 11-14° isti olacaq.

Şirvan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i axşamdan, 22-si gündüzədək arabir şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 21-24° isti olacaq.

Hirkan milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 21-də axşam arabir yağış yağacağı ehtimalı var.Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 19-21° isti olacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər