Paşinyan: Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb

Paşinyan: Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb


Ermənistan 2007-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Madrid prinsiplərini əsas kimi qəbul edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

Bunu Ermənistanın baş nazir Nikol Paşinyan müxalifət “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın sualını cavablandırarkən deyib.

Paşinyanın sözlərinə görə, bütün problem ondadır ki, 2018-ci ildə aldığı danışıqlar irsində Qarabağ xalqı anlayışı yoxdur, əhali anlayışı var: “Bu sözlər çox vacibdir. Bəli, Helsinki Aktına və bütün digər qanunlara görə, xalq konstitusiya subyekti olsa da, əhali konstitusiya subyekti deyil, yəni suverenliyin subyekti deyil. İkincisi, öz müqəddəratını təyinetmə deyiriksə, o zaman kimdən və haradan öz müqəddəratını təyin edirik?”

O əlavə edib ki, 2007-ci ildə ortaya çıxan Madrid prinsiplərində təsbit olunub ki, Qarabağın statusunun həlli və bütün proses Azərbaycanla razılaşdırılmalıdır: “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımırıqsa, o zaman danışıqları niyə Azərbaycanla koordinasiya etməliyik? Biz isə Madrid prinsiplərinə uyğun olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq. Dedim ki, danışıqlarımızın məzmunu ilə ictimai diskurs üst-üstə düşməyəndə problem olur. Biz bunu tanıdıq və bütün müharibələr və toqquşmalar bununla əlaqələndirilib”.

Paşinyan sual edib ki, öz müqəddəratını təyinetmə məsələsindən necə danışmaq olar ki, Qarabağ 1998-ci ildə danışıqlar prosesindən kənarlaşdırılıb.

Nikol Paşinyan qeyd edib ki, Qarabağ məsələsi üzrə danışıqlar aparan şəxs Qarabağ xalqının nümayəndəsi olmalıdır, çünki bizim parlament seçkilərimizdə “Qarabağ xalqı” səs verməyib, ona görə də mənim mandatım yoxdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər