Avropa çempionatının ilk yarımfinalçısı məlum oldu

Avropa çempionatının ilk yarımfinalçısı məlum oldu















Portuqaliya-Polşa matçının əsas vaxtında qalib müəyyənləşməyib

Fransada keçirilən futbol üzrə Avropa çempionatının ilk yarımfinalçısı məlum olub.

Marselin “Velodrom” stadionunda Portuqaliya yığması Polşa millisi ilə qarşılaşb.

Hesabı 2-ci dəqiqədə Robert Levandovski açıb. Pireney təmsilçiləri Renato Sançezin 33-cü dəqiqədə vurduğu qol ilə oyunda bərabərlik yaradıblar.

Matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Oyunun əlavə olunmuş dəqiqələrində hesab dəyişməyib və hakim 11 metrlik cərimə zərbələri seriyası təyin edib.

Penalti seriyasında daha dəqiq olan Portuqaliya yığması (5:3) adını yarımfinala yazdırıb.

Yarımfinal mərhələsində Kriştiano Ronaldonun komandası Uels-Belçika cütlüyünün qalibi ilə qarşılaşacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər