"TIR"lar küçəyə girdi, kabelləri qırdı, tıxac yaratdı - FOTO/VİDEO

"TIR"lar küçəyə girdi, kabelləri qırdı, tıxac yaratdı - FOTO/VİDEO


Dünən axşam saatlarında Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsindən iki böyük yük maşını keçərkən fəsada yol açıb.

Bu barədə məlumat verən sakinlər bildirib ki, "TIR"lar küçədən keçərkən dirəkləri və üzərilərində olan naqilləri zədələyib.

"Bu boyda maşınla məhəlləyə giriblər. İşıq kabeli idi, ya da telefon naqili dirəkdən çıxıb yola düşdü. "TIR"lar küçədə bir neçə dəqiqə hərəkətsiz qaldılar. Bu da bizim alternativ yola çevrilib tıxanan məhəlləni bir xeyli iflic vəziyyətinə saldı. İnsanlar şəhərdən kənarda yaşayır ki, maşın səsi onları narahat etməsin, amma bizim küçə az qala, magistral şoseyə dönüb. Camaatın köməyi ilə yolu bağlayan naqilləri dirəyə keçirtdik, "TIR"lara yardım elədik ki, gediş-gəliş qaydasına düşsün. Get-gedə vəziyyət daha da pisləşir. Hər gün məhəlləmizdə bir neçə dəfə tıxac yaranır. Maşını olanlar həyətlərindən çıxa bilmirlər. Piyadaların hərəkəti çətinləşir", - deyə məhəllə sakini bildirib.

"TIR"lar küçəyə girdi, kabelləri qırdı, tıxac yaratdı - FOTO/VİDEO"TIR"lar küçəyə girdi, kabelləri qırdı, tıxac yaratdı - FOTO/VİDEO
"TIR"lar küçəyə girdi, kabelləri qırdı, tıxac yaratdı - FOTO/VİDEO


Qeyd edək ki, Bakıda ara məhəllələrin alternativ yol kimi işlək "tras"a çevrildiyi haqda məqalə dərc etmişdik.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər