“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib VİDEO/FOTO

“Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib  VİDEO/FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib. “Heydər Əliyev İli” çərçivəsində baş tutan konfrans “Azərbaycan” qəzeti ilə birgə təşkil olunub.

Konfransdan öncə AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Agentliyin rəhbər şəxsləri Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra cəmiyyətin akt zalında keçirilən konfransı giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Ümummilli Liderin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə fikirlər səsləndirilib, respublikamızın mövcud nailiyyətlərinin əsaslarının yaradıcısı olan Heydər Əliyevin fəaliyyəti, Vətənin inkişafı və azadlığı yolunda atdığı addımlardan bəhs edilib.

AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov “Azərbaycan yollarının inkişaf və zəfər salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda çıxış edib.

Saleh Məmmədov müstəqil dövlətimizin banisi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhfələr, əsasını qoyduğu irimiqyaslı layihələr barədə danışaraq deyib:
“Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Həmin islahatların nəticəsidir ki, bu gün ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər baş verib. Yol infrastrukturu üzrə mühüm layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib”.

Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın dayandığını diqqətə çatdırıb.

Qeyd edilib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu mükəmməl strategiya və uğurlu xarici və daxili siyasət müasir dövrün reallıqlarına uyğun olaraq qətiyyətlə və ardıcıllıqla gerçəkləşdirilir.

Daha sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası” mövzusunda nitq söyləyib.

Bəxtiyar Sadıqov, Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə inkişafı və tərəqqisi üçün gördüyü işlərdən ətraflı danışaraq bildirib ki, Ulu Öndər hər gün xatırlanır, hər gün anılır. Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik.

Konfrans Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini, Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatının sədri Əvəz Qocayevin “Heydər Əliyev ideyaları Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirdi” mövzusuna həsr olunmuş çıxışı ilə davam edib.

Konfransda həmçinin Agentliyin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov “İlham Əliyev Azərbaycanın yol infrastrukturunu müasir və mükəmməl səviyyəyə çatdırdı”, Agentliyin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman Musayev “Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən modern yol infrastrukturu qurulur”, “Azəryolelmitədqiqatlayihə” institutunun mütəxəssisi Elmar İntiqam “Azərbaycanın yol infrastrukturu: islahatlar real nəticə verir” mövzularında çıxışlar ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu bildirilib. Vurğulanıb ki, Ulu Öndərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfrans Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun yekun nitqi ilə başa çatıb.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər