Ramin Hüseynov: Uğurlar yeni-yeni hədəflərə yol açır

Ramin Hüseynov: Uğurlar yeni-yeni hədəflərə yol açır


Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin rəisi Ramin Hüseynov - 2003-cü ildə qələbəsi ilə Heydər Əliyev siyasətinin uğurla davamına yol açan Prezident İlham Əliyev 15 ildə gördüyü işlərə söykənərək 2008, 2013 və 2018-ci il prezident seçkilərində bir daha qələbə qazanmaqla Azərbaycanın davamlı inkişafını təmin edir.

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 faiz) Prezident seçilmişdir. Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Cənab İlham Əliyev 2018-ci il 18 aprel tarixində keçirilən andiçmə mərasimində “İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm” söyləyərək ayrı-ayrı sahələrdə qazanılan uğurların əsasında onu da əlavə etmişdir ki, bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.

Ramin Hüseynov: Uğurlar yeni-yeni hədəflərə yol açır


Uğurlar yeni-yeni hədəflərə yol açır. Dövlətimizin başçısı cənab İlham Əliyev ayrı-ayrı sahələrdə əldə olunan uğurlardan bəhs edərkən belə bir çağırışı da edir ki, ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik.

Arxada qalan 5 il Azərbaycanın iqtisadi həyatında yeniliklərlə yadda qaldı. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Təsdiqlənən Dövlət proqramları həm Bakı və Bakıətrafı qəsəbələrin, həm də regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə regionların sosial-iqtisadi inkişafına dair sayca 4-cü- “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdı. Regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə təsdiqlənən dördüncü Dövlət proqramının uğurlu icrası bölgələrimizin həyatında özünün aydın ifadəsini tapır. Bu gün əminliklə söyləyə bilərik ki, regionlarda yaradılan müasir tələblərə uyğun şərait, infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi üçün özünüməğgulluq proqramının uğurlu icrası və sair kimi biri-birindən mühüm addımlar paytaxt Bakı ilə bölgələr arasında fərqi aradan götürür. Bu gün regionlarımız malik olduğu imkanları ilə dünyanın diqqətindədir. Artıq tarixi Zəfərimizin reallıqları əsasında işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan gələcəkdə səmərəli istifadə etmək üçün yeni proqramlar təsdiqlənib, Fərman və sərəncamlar imzalanır. İqtisadi rayonların yeni bölgüsünün aparılması, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqi də bunun bariz nümunəsidir. Azərbaycanın iqtisadi inkişaf modeli nümunədir.
Ramin Hüseynov: Uğurlar yeni-yeni hədəflərə yol açır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər