Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTO

Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTO


Fransada bir qadın Prezident Emmanuel Makronu təhqir etmək şübhəsiylə saxlanılıb.

“France 24” xəbər verir ki, hadisə Saint-Omer bölgəsində baş verib.

Fransa polisi “sarı jiletlilər” hərəkətinin nümayəndələrindən olan qadını işlətdiyi “murdar” sözünə görə evindən aparıb.

Yerli televiziyalardan BFMTV-nin xəbərinə görə, qadın qubernatorun şikayəti ilə saxlanılıb.

Qadının Makronun pensiya islahatı ilə bağlı 22 martda xalqa müraciətdən bir gün əvvəl feysbukda paylaşım etdiyi məlum olub.

"Bu murdar saat 13:00-da sizə müraciət edəcək. Biz bu murdarı həmişə televiziyada görürük",- deyə o yazıb.

İttihamlarla bağlı danışan qadın başqa bir söz yazmaq istədiyini, lakin "klaviatura qurbanı olduğunu" deyib.

Məlumata görə, 20 iyunda “prezidenti təhqir etmək" ittihamı ilə hakim qarşısına çıxarılacaq qadın təqsirli bilinərsə, 6 ilədək azadlıqdan məhrumetmə və 22 550 avroya qədər cərimə ilə cəzalandırıla bilər.

Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTOPolislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər