Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vəfadar Orucovun diqqətindədir

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vəfadar Orucovun diqqətindədir


Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vəfadar Orucovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vəfadar Orucov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov - 1918-ci ilin mart soyqırımıları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vəfadar Orucovun diqqətindədir


Bunlar ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasətinin təqdimatlarıdır. Bunları inkar etmək, həqiqət üzərində yalanın qələbəsinə nail olmaq mümkündürmü? 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurmaqla yanaşı, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya mühüm vəzifə kimi qoydu. Azərbaycan qısa müddətdə buna nail oldu, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradıldı. Belə ki, Ümummilli Liderin 26 mart 1996-cı ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırımasını təmin etdi. Ulu öndər Heydər Əliyev daşnakların törətdikləri soyqırımlarına siyasi qiymət verməklə daha bir tarixi missiyasını yerinə yetirdi. Bu tarixi missiyanın davamı olan sözügedən Fərman erməni millətçilərinin keçirdikləri qanlı aksiyaları təsdiqləyən növbəti faktların araşdırılması üçün əlavə imkanlar yaratdı.

Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışında bildirmişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərpa etdi. Rəşadətli Ordumuz bütün şəhidlərimizin, 31 Mart soyqırımı qurbanlarının qisasını aldı.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər