Qarabağda ruslara qarşı erməni qiyamını KİM TƏŞKİL EDİB? - Ermənistan KİV

Qarabağda ruslara qarşı erməni qiyamını KİM TƏŞKİL EDİB? - Ermənistan KİV


ncədən xəbər verdiyimiz kimi, erməni mediasında yayılmış məlumatlara görə, Qarabağdakı ermənilərin Rusiya "sülhməramlı"larının Xocalıdakı qərargahı qarşısında keçirilən etiraz aksiyasından sonra Rusiya tərəfi bu cür aksiyaların keçirilməsinə icazə verdiyinə görə separatçı-terrorçu rejim rəhbərlərini ciddi tənbeh edib.

Moderator.az xəbər verir ki, səhər saatlarında Ermənistanın "Hraparak" nəşrinin yaydığı yeni məlumatda guya sözügedən aksiyanın birbaşa baş nazir N.Paşinyanın sifarişi olduğu iddia edilir.

"Etirazçıların sayı çox az, 20-30 nəfər olsa da, Paşinyanın dünənki bəyanatından aydın oldu ki, Erməinstan hakimiyyəti bu faktı Ermənistan-Rusiya münasibətlərinin, xüsusən də Rusiya tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin sübutu kimi istifadə edir və buna görə də anti-Rusiya əhval-ruhiyyəsi formalaşdırır"- erməni nəşrində bildirilir.

Bundan sonra isə N.Paşinyanın dünənki mətbuat konfransındakı çıxışından sitat gətirilir:

“Mənim üçün Ermənistan-Rusiya münasibətləri kontekstində ən vacib məsələ ondan ibarətdir ki, Dağlıq Qarabağda çox gözlənilməz bir hadisə baş verdi, Dağlıq Qarabağ əhalisi Rusiya sülhməramlı qüvvələrinin qərargahı qarşısında etiraz aksiyası keçirdi. Bu, narahatlıq doğuran məsələdir və mən bu narahatlığı Rusiya Federasiyasının Prezidentinə çatdırmağı zəruri hesab etdim”.

Qeyd edilir ki, Nikol Paşinyan belə deməklə sonradan bəhs edilən aksiyanı ruslara qarşı istifadə etmək məqsədilə Qarabağdakı "qeyri-hökumət" sektorunun tanınmış nümayəndələrinin məhz onun göstərişi ilə hərəkətə keçərək anti-Rusiya etirazı həyata keçirdiyinə dair şübhələri gücləndirib.

O da qeyd edilir ki, 2018-ci ildən sonra da Qaarabağda Paşinyanın himayəsində olan "qeyri-hökumət" sektorunun adı çəkilən nümayəndələri "fəallıq göstərərək qondarma inqilabı Ermənistandan" Qaarabağa köçürməyə çalışıblar, lakin bu cəhdləri uğursuz olub.

Xatırladaq ki, martın 7-i günortadan sonra Qarabağda məskunlaşmış bir qrup erməni martın 5-də Turşsu-Xəlfəli-Xankəndi yolundakı təxribatlarına cavab olaraq Azərbaycan hərbçiləri tərəfindən separatçı-terrorçu "polis"lərin zərərsizləşdirilməsinə guya Rusiya "sülhməramlı”larının hərəkətsizlik nümayiş etdirməsinə etiraz olaraq aksiya keçirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər