AQSİA İH sədri Səkinə Babayeva və bir sıra üzvlər Abu-Dabidə keçirilən Beynəlxalq qadın sahibkarlar sammitinə qatılıb

AQSİA İH sədri Səkinə Babayeva və bir sıra üzvlər Abu-Dabidə keçirilən Beynəlxalq qadın sahibkarlar sammitinə qatılıb



Ümumi Qadınlar Birliyinin prezidenti, Analıq və Uşaqlıq üzrə Ali Şuranın Prezidenti, Ailə İnkişafı Fondunun Ali Prezidenti, Əmirliyin İşgüzar Qadınlar Şurasının (Millət Anası) fəxri prezidenti Əlahəzrət Şeyxa Fatimə bint Mübarəkin təşkilatçılığı ilə , 10-12 mart 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində “Rəqəmsal əsrdə təsirli biznesin yaradılması” adlı Zirvə görüşü təşkil olunub.
10 martda sammitdə “Qadınların səlahiyyətlərinin artırılması, sahibkarlıq və liderliyin təşviqi”, “Rəqəmsallaşma – Biznesin üçün necə istifadə edilə bilər”, “Texnoloji çətinliklərin öhdəsindən gəlmək və rəqəmsal dövrdə biznesin qurulması”, “BƏƏ və onun hüdudlarından kənarda davamlı biznes yaratmaq” mövzularında panel müzakirələri keçirilib.
11 martda isə “Rəqəmsal transformasiya vasitəsilə biznesin genişləndirilməsi”, “Bu gün biznesi idarə edən texnologiyalar”, “Təhsilin yenidən formalaşdırılmasında texnologiyanın rolu”, “Fizikidən rəqəmsala keçid”, “İnformasiya texnologiyaların təqdimatı”, “Assosiasiyaların işini inkişaf etdirən rəqəmsal transformasiya” mövzularında panel müzakirələri keçirildi.
Qeyd edək ki , assosiasiyamızının təmsilçiləri panel müzakirələrində fəal iştirak edib.
Tədbirə AQSİA regionlarla işin təşkili departamentinin direktoru-Kəmalə Məmmədli, “Biyan” Aptekinin təsisçisi və direktoru-Aynurə Hüseynova, “Maestro school” Təhsil Mərkəzinin təsisçisi və direktoru - Mədinə Paşayeva, “1001 şirniyyat Evi”nin təsisçisi və direktoru - Yeganə Bayramova, Tovuz qadın kooperativinin təsisçisi və direktoru-Taliyə Məsimova, “Nuray collection Evi”nin təsisçisi və direktoru Aynur Həsənova qatılıb.
Sammitin sonunda AQSİA -nın Ümumdünya Sahibkarlığının İnkişafı Assosiasiyasına üzvlüyünün qəbul edilməsi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “İşgüzar Qadınlar Şurası” ilə memorandum imzalandı.
3 günlük sammit möhtəşəm qala şam yeməyi , əyləncəli və yaddaqalan təcrübələrlə dolu gəzinti turu ilə başa çatıb.
Sammitə 30 ölkələrdən ümumilikdə 600 nəfər iştirakçı qatılıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər