"Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm" - Donald Tramp

"Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm" - Donald Tramp


“Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə adam mənəm”.

Xarici KİV xəbər verir ki, bunu sabiq ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ Mühafizəkarlar Birliyinin konfransında çıxış edən Tramp həmçinin Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra biləcəyini iddia edib.
Hazırda ABŞ-ın müstəqil bir ölkə olmadığını deyən Tramp sözlərinə belə davam edib:

“Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm. Zülmə məruz qalan və xəyanətə uğrayanlar, sizin intiqamınızam”.

Sabiq prezident xələfi Co Baydeni də tənqid edərək “Onu Ağ Evdən çıxaracağıq” söyləyib.

D.Tramp ABŞ-ın Əfqanıstandan biabırçı şəkildə çıxdığını deyərək, ölkəsinin orada qoyduğu silahları Talibanın başqa ölkələrə satdığını iddia edib.

Qeyd edək ki, D.Tramp ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlamışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər