Ətin qiymətində bahalaşma: 20 manat ola bilər - VİDEO

Ətin qiymətində bahalaşma: 20 manat ola bilər - VİDEO


Tələbat çoxalır, qiymət isə hər gün bir az da artır. Söhbət gündəlik qidalanmada əsas yerlərdən birini tutan ətdən gedir.

Son bir neçə gün ərzində həm mal, həm də qoyun ətinin qiyməti 2-3 manat bahalaşıb.

Belə ki, mal ətinin 1 kiloqramının qiyməti 12 AZN-dən 14,50 AZN-ə, qoyun əti isə 15-16 AZN-dən 17-18 AZN-ə kimi artıb. Bahalaşma marketlərdə daha çox özünü göstərir.
Satıcılar da "Xəzər Xəbər"ə qiymətlərin artmasını təsdiqləyiblər. Onlar bildirib ki, qış mövsümünün olmasına baxmayaraq ətlik heyvanlar çətin tapılır. Həmçinin deyilib ki, bu cür davam edərsə, ətin bir kiloqramı 20 manat olacaq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər